Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media  xəbər verir ki, hadisə Göygöl-Kəlbəcər avtomobil yolunun Murovdağ adlanan hissəsində qeydə alınıb.
Hərəkətdə olan "KamAZ" markalı yük avtomobili idarəetmədən çıxıb. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı maşında olan sərnişin Ramal İsrafilov və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir. Qeyd edək ki, yük maşınının ərazidə iş aparan şirkətlərdən birinə məxsus olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
							21:23 / 13.09.2021
							
						Murovdağda “KamAZ” aşdı - xəsarət alanlar var
						
							
								Hazırda oxunan: Murovdağda “KamAZ” aşdı - xəsarət alanlar var							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Murovdağda “KamAZ” aşdı - xəsarət alanlar var							
						36803
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































