2021-ci ilin yanvar-iyun aylarında Rusiyanın Azərbaycana ixracı 1 milyard dollar həddini keçib.
Bizim.Media xəbər verir ki, bunu Trend-ə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayalov deyib.
Onun sözlərinə görə, bu müddət ərzində ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artıb.
Hesabat dövründə Rusiyadan Azərbaycana azot gübrələrinin tədarükü 2,5 dəfə, minik avtomobillərinin ixracı 144,2 faiz qara metal konstruksiyaların ixracı 116,9 faiz günəbaxan yağının ixracı 2 dəfəyə yaxın, soyuducu avadanlığın ixracı 69,5 faiz telekommunikasiya avadanlıqlarının tədarükü 62,3 faiz artıb.
Eyni zamanda, 2021-ci ilin yanvar-iyun aylarında Rusiyadan Azərbaycana qeyri-xammal qeyri-enerji ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artıb.
Bizim.Media