Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib.
Polis itkin düşən məktəblinin sosial şəbəkələrdəki hesabını araşdırıb. Məlum olub ki, o, 33 yaşlı Sankt-Peterburq sakini ilə bir müddət yazışıb, mesajlar arasında ədəbsiz cümlələr də olub.
Polis dərhal həmin kişinin ünvanına yollanıb. İtkin düşən qız onun mənzilində tapılıb. O, uşağı hədələsə də, ona ciddi zərər verə bilməyib.
Məktəbli valideynlərinə təhvil verilib. Şübhəli saxlanılıb.
Bizim.Media