Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb.
Bizim.Media xəbər verir ki, bu barədə "BBC News" yazır.
Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib.
Onun oğlu meyiti öz evinin zirzəmisində gizlədib, çürüməməsi və iylənməməsi üçün isə buz paketləri və bintdən istifadə edib.
Bundan əlavə, kişi meyitin üzərinə pişik tualeti üçün doldurucudan töküb. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, qadın vəfat edəndən sonra həmin şəxs qanunsuz yolla anasının 50 min avro (təxminən 100 min manat) miqdarında pensiyasını alıb.
Dələduzluğun üstü yeni poçtalyonun pensiyanı şəxsən qadına verəcəyini bildirdikdən və ona imtina cavabı gəldikdən sonra açılıb. Poçtalyon bu barədə polisə bildirib.
Kişinin evində axtarış zamanı meyit aşkarlanıb. Polisə ifadəsində kişi başqa gəlir yerinin olmadığı üçün bu addımı atdığını etiraf edib.
Onun sözlərinə görə, anasının öldüyü barədə xəbər versəydi, onun pensiyası kəsiləcəkdi və dəfn xərclərini ödəmək üçün evini satmalı olacaqdı.
Öz qardaşına isə həmin şəxs anasının xəstəxanada müalicə aldığını, vəziyyəti pisləşdiyindən heç kəsi tanımadığını, bu səbəbdən onunla görüşə ehtiyacın olmadığını deyib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:12 / 13.09.2021
Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı - pensiyasını aldı
Hazırda oxunan: Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı - pensiyasını aldı
Hazırda oxunan: Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı - pensiyasını aldı
36765
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.