Səlim Müslümov vəkilindən imtina etdiVəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvət almaqda təqsirləndirilərək həbs edilən, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vəkilindən imtina edib.
Bizim.Media xəbər verir ki, bu barədə vəkil Toğrul Vəliyev məlumat yayıb.
O bildirib ki, artıq Səlim Müslümovun vəkili deyil:
"Mən o işdən uzaqlaşdırılmışam. Hazırda Səlim Müslümovun hüquqlarını müdafiə etmirəm".
Vəkil vurğulayıb ki, sabiq nazirin hüquqlarını başqa vəkil müdafiə edir.(Trend)
Bizim.Media