“Üç həmsədr ölkənin yenidən danışıqların bərpasına cəlb edilməsi çox vacibdir”
Bizim.Media xəbər verir ki, Fransanın Ermənistandakı keçmiş səfiri Conatan Lakot erməni mətbuatına verdiyi müsahibəsi zamanı bu sözləri deyib.
“Noyabrın 9-da verilən bəyanat, adından da göründüyü kimi, bir müqavilə deyil. Onun böyük xidmətləri var, çünki bu, Qarabağda uzunmüddətli atəşkəsin yaradılmasına imkan verdi. Biz ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə regionda hələ bir çox problemin qalması mövzusunda həmfikirik.
MÖVZU İLƏ BAĞLI:
Minsk qrupunun rusiyalı həmsədri İrəvana hansı məqsədlə gedib? - DETALLAR
Qeyd etdiyim kimi, Qarabağın “status”u məsələsi hələ də həll olunmamış qalır və bu da bəzi problemlər yaradır. Xüsusən də Azərbaycanda saxlanılan erməni hərbçilər və sərhəd problemlərini buna aid edə bilərik”.
Lakot yaxın gələcəkdə Minsk qrupunun fəaliyyətini bərpa etməsi ilə bağlı da fikirlər səsləndirib:
“Hesab edirik ki, üç həmsədr ölkənin yenidən danışıqların bərpasına cəlb edilməsi çox vacibdir. Düşünürəm ki, yaxın həftələrdə və aylarda həmsədrlər mərkəzi rollarını bərpa edəcəklər”.
Fransız diplomat ATƏT-in Minsk Qrupunun bütün dünyada tanınan yeganə danışıq platforması olduğunu da sözlərinə əlavə edib.
Bizim.Media