Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb.
Bizim.Media xəbər verir ki, bununla əlaqədar “Azərsu” ASC-nin mütəxəssislərindən ibarət qrup Şuşa şəhərinə və işğaldan azad olunmuş digər rayonlara ezam olunublar.
Mütəxəssislər tərəfindən su mənbələri, magistral xətlər, anbarlar və paylayıcı şəbəkələrin mövcud vəziyyəti təftiş ediblər.
İlkin olaraq Daşaltı kəndinin içməli su təchizatı sistemi araşdırılıb. Aparılan təftiş işləri nəticəsində su təchizatı sistemində baş vermiş qəzalar aradan qaldırılıb və 12 noyabr 2020-ci il tarixində kəndə suyun verilişi təmin edilib.
Eyni zamanda, Şuşa şəhərini müvəqqəti olaraq maşınlarla su ilə təmin etmək üçün Daşaltı kəndində sudoldurucu məntəqə yaradılıb.
Bununla paralel olaraq Müdafiə Nazirliyinin müvafiq bölmələri ilə birgə təhlükəsizlik tədbirləri görülməklə diametri 325 mm olan Kiçik Kirs-Şuşa magistral su kəmərinin texniki vəziyyəti təftiş olunub.
Məlum olub ki, hərbi əməliyyatlar zamanı mərmi partlayışları nəticəsində şəhəri içməli su ilə təmin edən 9,4 km uzunluğunda polad borulardan ibarət magistral su kəməri üzərində 12 nöqtədə böyük qəzalar aşkarlanıb.
Mürəkkəb relyefə malik ərazidə, meşə və dağ şəraitində magistral su kəmərinin qəzalı hissələri təmir edilib və 25 noyabr 2020-ci il tarixində Şuşa şəhərinə suyun verilişi təmin olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:30 / 27.11.2020
Şuşaya içməli su verildi
Hazırda oxunan: Şuşaya içməli su verildi
Hazırda oxunan: Şuşaya içməli su verildi
3672
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.