İran XİN Türkiyə və Azərbaycanın Xəzər dənizində keçirdiyi hərbi təlimləri qanunsuz adlandırıb.
Bizim.Media “İRNA”-ya istinadən xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə mətbuat konfransında deyib.
MÖVZU İLƏ BAĞLI:
Etiraz notasına məhəl qoymayan İrandan Qarabağ fətvası – VİDEO
XİN sözcüsü məsələ ilə bağlı verdiyi açıqlamada “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya bu məsələyə tam aydınlıq gətirib. Xəzər dənizinə çıxışı olan beş ölkədən başqa digər dövlətlərin bölgədə hərbi mövcudluğu qanunsuzdur", - deyə qeyd edib.
Bizim.Media