Ramin Bayramlının vəzifəsini kimin icra edəcəyi AÇIQLANDI - FOTO 

Hazırda oxunan: Ramin Bayramlının vəzifəsini kimin icra edəcəyi AÇIQLANDI - FOTO 

36693

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Qurbanova verilib. 

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ramin Bayramlının istefa ərizəsi QƏBUL EDİLDİ 


V.Qurbanov hazırda agentliyin Tibbi iddialar departamentinin rəhbəri vəzifəsini tutur. 

Qeyd edək ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin