Gənclər və idman naziri Fərid Qayıbov “Facebook” səhifəsində paylaşım edib.
Bizim.Media xəbər verir ki, yeni nazir etimada görə Prezident İlham Əliyevə təşəkkür edib:
"Ölkə Prezidenti İlham Əliyevin Gənclər və İdman Nazirliyinə rəhbər təyin olunmağım haqda sərəncamı ilə mənə göstərdiyi etimad, mənim üçün böyük şərəfdir".
MÖVZU İLƏ BAĞLI:
Fərid Qayıbov: “Prezident mənə çox böyük etimad göstərib"
F. Qayıbov idmanda növbəti nailiyyətləri əldə etməyə inamını ifadə edərək onu təbrik edənlərə minnətdarlığını bildirib:
"Əminəm ki, Azərbaycanda qurulmuş güclü idarəçilik sistemi və ixtisaslaşmış komanda ilə idmanda növbəti nailiyyətləri əldə edə bilərik. Mən bütün həmkarlarım, dostlarım və bütün dünya üzrə idman ictimaiyyəti nümayəndələrinə təbrik və xoş arzularına görə öz təşəkkürümü bildirirəm", - nazir vurğulayıb.
Qeyd edək ki, Fərid Qayıbov sentyabrın 7-də gənclər və idman naziri təyin edilib.
Bizim.Media