“Ermənistan və Azərbaycan dövlətləri SSRİ dövründə qəbul olunmuş sərhədlər əsasında delimitasiya prosesini həyata keçirirlər”.
Bizim.Media-nın xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa videomüraciəti zamanı Kəlbəcərin Zod yatağı ətrafında gedən prosesləri şərh edərək deyib.
O, prosesin 9 noyabr razılaşması çərçivəsində reallaşdığını söyləyib. Paşinyan qeyd edib ki, sənədin imzalandığı vəziyyətdə sadəcə başqa yol yox idi.
Paşinyan müqavilənin həyata keçirilməsinin Sovet Ermənistanının sərhədi kimi tanınan Qeqarkunik bölgəsində Ermənistan Silahlı Qüvvələrinin yerləşdirilməsini də nəzərdə tutduğunu qeyd edib.
“Üstəlik, bu sərhəd gözlə deyil, GPS koordinatları ilə müəyyənləşdirilir. Artıq izah edildiyi kimi, Zod mədəninin bir hissəsi Sovet Ermənistanı, digər hissəsi isə Sovet Azərbaycanı ərazisində mövcud olub”,-deyə Paşinyan qeyd edib.
Paşinyan həmçinin əlavə edib ki, delimitasiya prosesi Azərbaycan tərəfinin də iştirakı ilə baş verməli olan mürəkkəb bir prosesdir.
Bizim.Media
- A-
- A
- A+
Region
15:46 / 27.11.2020
Paşinyan: “Ermənistan və Azərbaycan SSRİ vaxtının sərhədləri əsasında delimitasiyanı həyata keçirir
Hazırda oxunan: Paşinyan: “Ermənistan və Azərbaycan SSRİ vaxtının sərhədləri əsasında delimitasiyanı həyata keçirir
Hazırda oxunan: Paşinyan: “Ermənistan və Azərbaycan SSRİ vaxtının sərhədləri əsasında delimitasiyanı həyata keçirir
3667
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.