Dağ-mədən müəssisəsi Qarabağın Ağdərə bölgəsində yaradılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə qondarma rejimin “mətbuat xidməti” məlumat yayıb.
Qeyd olunur ki, özünü “prezident” elan edən və müvəqqəti Qarabağda yaşayan Arayik Arutyunyan sentyabrın 12-də Ağdərəyə gedib.
MÖVZU İLƏ BAĞLI:
Araiki Qarabağdan qovmaq istəyirlər – Ermənilər ayağa qalxdı
Xüsusilə, dağ-mədən müəssisəsinin tikiləcəyi ərazini ziyarət edib.
Məlumata görə, bu layihəni həyata keçirən şirkət müharibədən sonra ən böyük sərmayəçi olacaq (proqramın bir neçə milyon dollar olduğu təxmin edilir). Plana görə, filiz hasilatına üç aydan sonra başlanacaq. Bu, 400 yeni iş yerinin açılmasına imkan verəcək.
Bizim.Media