Ermənistanda, erməni KİV-lərinin də qeyd etdiyi kimi, miqyası və xarakteri baxımından ehtiyatda olan hərbi qulluqçuların toplanışı davam edir.
Bizim.Media xəbər verir ki, birinci mərhələ üç ay müddətində 25 avqustda başlayıb.
Təlim-məşq toplanışının ikinci üç aylıq mərhələsinə 15 sentyabrda start veriləcək.
Erməni KİV-ləri yazır ki, ilin sonunadək ehtiyatda olan bir neçə min şəxsi “toplamaq" planlaşdırılır.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanda ordudakı intiharlara görə NAZİRLİK NARAHATDIR
Hərbi müşahidəçi Narek Nersisyanın sözlərinə görə, 15 ildir ki, Ermənistanda bu miqyasda heç bir təlim toplanışı keçirilməyib.
Baxmayaraq ki, müdafiə haqqında qanun hər il təlimlərin keçirilməsi üçün məcburi şərt qoyur. Ancaq müdafiə büdcəsində hərbi toplanışa pul qoymaq üçün ayrıca bir maddə olmayıb. Erməni hərbçiləri deyirlər ki, bir çoxları üçün hazırkı təlim düşərgəsinin miqyası təəccüblüdür. "Ancaq deməliyəm ki, fövqəladə bir şey baş vermir, Ermənistan hələ də müharibə vəziyyətindədir.
Hərbi-siyasi və hətta elmi baxımdan müharibə yalnız tərəflərdən biri qalib gəldikdə sona çatır. Təbii ki, biz insan və ərazi baxımından itkilərə (Ermənistan görəsən hansı ərazi itkilərindən söz açır. Heç kim Ermənistanın ərazi bütövlüyünə təcavüz etməyib) məruz qalmışıq, amma müharibə bitməyib.
Bu baxımdan toplanışlar heç kəsi qorxutmamalı və təəccübləndirməməlidir”, - Nersisyan “Sputnik Ermənistan”a bildirib.
Bizim.Media