Putin burnunun necə qırıldığından danışdı - VİDEO

Hazırda oxunan: Putin burnunun necə qırıldığından danışdı - VİDEO

36599

Rusiya Prezidenti Vladimir Putin uşaqlıqda boks məşqlərində baş verən bir epizodu xatırladıb.

Bizim.Media xəbər verir ki, bu haqda Kremlin sahibi “Rusiya 1" telekanalında "Moskva. Kreml. Putin" verilişində nümayiş olunan olimpiadaçılarla görüşdə deyib.

"Üçüncü və ya dördüncü məşqdə burnum qırıldı ... Həyətdə yaşayırdım ... Sadə bir ailə ... Heç yerə, heç bir həkimə getmədim. Burnuma toxunmaq mümkün deyildi, hətta barmaqla da" deyə Putin əlavə edib.
 

MÖVZU İLƏ BAĞLI:

Vladimir Putinin etirafı: “Mobil telefonum yoxdur” – VİDEO


"Burnum sağaldı və qərara gəldim ki, güləşə başlamalıyam". Rusiya prezidenti vurğulayıb.

Qeyd edək ki, Putin cüdo və sambo üzrə idman ustasıdır. 2006-cı ildə Avropa Cüdo Birliyinin fəxri prezidenti olub. 2010-cu ildə Yönin Universitetindən "Cüdo üzrə doktor" fəxri diplomunu alıb. Dövlət başçısının da karate üzrə qara kəməri var.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin