“Qarabağ müharibəsi heç nəyi həll etmədi” - Fransa səfirindən həyasız AÇIQLAMA

Hazırda oxunan: “Qarabağ müharibəsi heç nəyi həll etmədi” - Fransa səfirindən həyasız AÇIQLAMA

36591

Ermənistandakı missiyasını tamamlayan Fransanın Ermənistandakı səfiri Jonatan Lacotte deyib ki, Qarabağ məsələsi 44 günlük müharibədən bir neçə ay sonra hələ də açıq qalıb və bu bölgədə müvəqqəti yaşayan ermənilərinin təhlükəsizliyi və həyatı təhlükə altındadır.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Hetq nəşri yayıb.

Səfir qeyd edib ki, prioritet ATƏT-in Minsk Qrupunun həmsədrliyi ilə İrəvan və Bakı arasında danışıqların bərpasıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Avropa Birliyi ölkələrinin səfirləri İrəvandan Azərbaycanla sərhədə gəldilər - SƏBƏB


"10 Noyabr bəyanatı atəşkəs üçün fürsət yaradıb. Bu baxımdan böyük irəliləyiş əldə edilib, ancaq status məsələsi açıq olaraq qalır. Fransanın prioriteti Ermənistanla Azərbaycan arasında danışıqların bərpasına şərait yaratmaqdır.

Minsk Qrupunun rolu bu gün keçmişdən daha vacibdir. Missiyamız Qarabağda müvəqqəti yaşayan erməniləri qorumaqdır “.

Lacotte əlavə edib ki, Qarabağın statusunu müzakirə etmək üçün yalnız Minsk Qrupunun mandatı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin