Çinin şərqindəki Fuzyan əyaləti COVID-19-un yeni yoluxma episentri aşkarlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Səhiyyə Komitəsinin saytında bildirilib.
Belə ki, Putyan şəhərində virusa bir gündə 19, Syuançjouda 1 yoluxma aşkarlanıb.
Ölkədə bir sutkada ümumilikdə 46 yeni yoluxma aşkar edilib, onların yarıdan çoxu xaricdən gələnlərdə qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:08 / 12.09.2021
Çində koronavirusun yeni yayılma ocağı aşkarlandı
Hazırda oxunan: Çində koronavirusun yeni yayılma ocağı aşkarlandı
Hazırda oxunan: Çində koronavirusun yeni yayılma ocağı aşkarlandı
36564
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.