Elza Seyidcahandan yeni ŞEİR: “Tanrıdan soruşaq gedək”

Hazırda oxunan: Elza Seyidcahandan yeni ŞEİR: “Tanrıdan soruşaq gedək”

36558

Əməkdar artist Elza Seyidcahan yeni şeir yazıb.

Bizim.Media həmin şeiri sizə təqdim edir:

Yazığım gəlir...

İstəyənlər var ki..,

Bir evdə yaşayıb,

Yatıb dursunlar...

Yazığım gəlir..

O adamlara ki,

Sevdiyi adama

Ərə gedə bilmirlər....

Sevmədiklərini

Aldadırlar....

Alçada bilirlər...

Acıyıram o kəslərə ki,

İstədiklərinə...

Evlənə bilmirlər...

Onlara....

Zülm edirlər...

Gözlərini

Könüllərini

Yolda qoya-qoya

Qocaldırlar...

Yazıqlar olsun...

Olsun yazıqlar..

Sevib evlənənlərə ki..,

Xoşbəxt ola bilmirlər

Bəzən qorxurlar

Çəkinirlər xoşbəxtlikdən

Doya-doya

Xoşbəxtliyin işığından

Gözləri də kordur hərdən

4 tərəfi tordur

Qızıl balıqlara qərq olmuş suyun içində...

Amma zordur...!

Çox vaxt sevməyib

Evlənənlər olur..

Xoşbəxt doğur

Hər gün solur...

O xoşbəxtlik onların

Üzündə olur,

Sözündə olur,

Dözümündə olur..,

İçində olmur...

Olmur...

Dözməliyik...!!!!?

Hər qaranlıq gecənin

Bir işıqlı sabahı....

Vuur......!

Başımızdan...,

Alnımıza yazımızdan vur...

Neyləyək..?

Dözməyək..?

Alnımıza dağ çəkək..?

Tanrıdan soruşaq gedək

Sevgimizi...

Bu qədərmi əzək?

Yəəni..,

Demək istəyirsən...

Sevgi ancaq məndədir..???

Onda niyəə..

YARATDIN.......?

Qalmışdıq ki,

YANINDA....?

Çoox agırdır

Bəzən olur

Daşımağa

Gücümüz də, çatmayır..

Məndə axı Sevgidir...

Bilirsən ki..,

Sevgi yüküdür ancaq..

Daşıyıram...

Qaşıyıram...

Dırnağımnan çıxardıram

Sevgini...

Bir azca da,

O birisindən olseydi...?

Tərəzidə bir-birinə

Çatseydi...?

Nəfəsimi dərərdim..

Cırmaqlaya-cırmaqlaya

Çıxartdığım sevgini...

Qazandığım hər tərəfə

Səpərdim...

Səpələrdim

Və deyərdim TANRIMA...

Sevgim  ancaq SƏNDƏDİR...

SƏNDƏDİR.....

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin