Küləyin sürəti 50 m/s çatdı – Bölgədə elektrik enerjisi kəsildi   

Hazırda oxunan: Küləyin sürəti 50 m/s çatdı – Bölgədə elektrik enerjisi kəsildi   

36541

Kanadanın Nyufaundlend adasının şərq sahillərində 60 min sakin “Larri” qasırğası səbəbindən elektrik enerjisiz qalıb. 
 
Bizim.Media ABŞ mətbuatına istinadən xəbər verir ki, bu barədə Kanada Milli Hava Bürosu məlumat yayıb. 

Bildirilib ki, cümə günündən şənbə gününə keçən gecə bəzi yerlərdə qasırğanın sürəti 50,5 m/s-yə çatıb. 

Şənbə günü səhər saatlarında küləyin sürəti 17-22 m/s-yə düşüb. Yüzlərlə ağac, yol nişanı və reklam şitləri qırılıb. Adanın yol infrastrukturuna ciddi izyan dəyib.

Bəzi evlərin damları uçub. Hazırda bəzi yollarda daşqın səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin