“Milli Müqavimət Cəbhəsinin (MMC) lideri Əhməd Məsud Əfqanıstanı tərk etməyib”.
Bizim.Media “FarsNews”a istinadən xəbər verir ki, bunu MMC liderinə yaxın olan Qasem Məhəmmədi deyib.
O, bildirib ki, Əhməd Məsud təhlükəsiz bir yerdədir: “Məsudun Əfqanıstanı tərk etməsi ilə bağlı şayiələr həqiqətə uyğun deyil. O, hazırda Pəncşirlə əlaqə saxlayır”.
Məhəmmədi əlavə edib ki, “Taliban” son günlərdə Pəncşir ərazisinə daxil olub, əsas küçə və keçidlərin təxminən 70%-i onların əlindədir:
“Lakin Pəncşirin dağ vadiləri MMC-nin tam nəzarətindədir”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:56 / 11.09.2021
Pənçşirdə mübarizə davam edir: Əhməd Məsud ölkəni tərk etməyib
Hazırda oxunan: Pənçşirdə mübarizə davam edir: Əhməd Məsud ölkəni tərk etməyib
Hazırda oxunan: Pənçşirdə mübarizə davam edir: Əhməd Məsud ölkəni tərk etməyib
36540
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.