İngiltərədə ibtidai məktəblərdən birində həm müəllim, həm də müdir müavini kimi fəaliyyət göstərən Culia Morisin iyrənc əməlləri ortaya çıxıb.
Bizim.Media İngiltərə mətbuatına istinadən xəbər verir ki, 10 il həmin məktəbdə çalışan “müəllimə” uşaqlara qarşı törətdiyi hüquqazidd əməllərə görə məsuliyyətə cəlb olunub.
Belə ki, Culia barəsində 13 yaşından aşağı bir qıza təcavüz edilməsinə göz yumması və digər şagirdləri yaşlı kişilərlərə cinsi əlaqəyə məcbur etməsi səbəbindən cinayət işi açılıb.
Eyni zamanda Culianın cinayətləri təkbaşına törətmədiyi və ona David adlı birinin kömək etdiyi bildirilir.
Bizim.Media