Şəhriyar Məmmədyarov səkkizinci oldu - ABŞ-DA 

Hazırda oxunan: Şəhriyar Məmmədyarov səkkizinci oldu - ABŞ-DA 

36457

ABŞ-ın Sent Luis şəhərində "Fişer şahmatı" (şahmat-960) üzrə "Champions Showdown" turniri başa çatıb. 

Bizim.Media xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov dairəvi sistem üzrə keçirilən yarışın son üç turunda müvafiq ardıcıllıqla Levon Aronyan (Ermənistan), Fabiano Karuana (ABŞ) və Pyotr Svidler (Rusiya) ilə qarşılaşıb.

Aronyan və Svidlerə uduzan 36 yaşlı qrossmeysterimiz Karuana üzərində qələbə qazanıb. Beləliklə, Məmmədyarov doqquz turdan 3,5 xalla 10 iştirakçı arasında səkkizinci yeri tutub.

Turnirin qalibi aktivinə 6 xal yazan Lenyer Dominqes (ABŞ) olub. Qeyd edək ki, turnirin mükafat fondu 150000 dollar təşkil edib. Qalib 37500, Məmmədyarov 7500 dollar qazanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin