Bu insanlarda koronavirusdan ölüm riski 11 DƏFƏ YÜKSƏKDİR

Hazırda oxunan: Bu insanlarda koronavirusdan ölüm riski 11 DƏFƏ YÜKSƏKDİR

36442

Peyvənd edilməyən şəxslərdə koronavirusdan ölüm halları vaksinasiya olunan insanlarla müqayisədə 11 dəfə çoxdur. 

Bizim.Media xəbər verir ki, bu, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası (CDC) üzrə Federal Mərkəzi tərəfindən dərc edilmiş tədqiqatlarda yer alıb. 

Tədqiqatın nəticəsində bəlli olub ki, peyvənd edilməyən insanlarda xəstəxanaya yerləşdirmə tezliyi vaksinasiya olunanlarla müqayisədə 10 dəfə çoxdur. 

Tədqiqatçılar peyvənd edilməsindən asılı olmayaraq, COVID-19-a yoluxmuş yaşlı insanlarda xəstəxanaya yerləşdirmə və ölüm hallarının çox müşahidə edildiyini aydınlaşdırıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin