Rusiyanın Krasnoyarsk bölgəsində yerləşən 13 nömrəli gimnaziyanın erməni əsilli rusiyalı müəlliməsi Lilit Vardanyan uşaqları təhqir edib.
Bizim.Media “Telegram” kanallarına istinadən xəbər verir ki, adı çəkilən şəxs daha əvvəl də oxşar əməli ilə gündəmə gəlib.
Belə ki, o, iki il əvvəl məktəbli qızları sinif otağında döyüb. Həmin əməlinə görə Vardanyan məktəbdən xaric olunub.
İndi isə, erməni müəllimə uşaqları təhqir etdiyi üçün, valideynlərin şikayətləri əsasında dərslərdən uzaqlaşdırılıb.
Bizim.Media