Əfqanıstanın vitse-prezidenti Əmrullah Salehin qardaşı Ruhullah Saleh Taliban silahlıları tərəfindən öldürüb.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Pənçşir müqavimət hərəkatı yayıb.
Pəncşir əyalətinin sakinləri agentliyə bildiriblər ki, Ruhullah Saleh bir neçə gün əvvəl "Taliban"la döyüşdə həlak olub.
Qeyd edək ki, Əmrullah Saleh Talibanın hakimiyyətə gəlməsindən sonra əvvəlcə Tacikistana gedib, daha sonra isə mübarizəyə davam etmək məqsədilə Pənçşirə qayıdıb.
Bizim.Media