Koronavirus pandemiyasının sona yetəcəyi gün dünyada səbirsizliklə gözlənilsə də, peyvənd istehsal edən şirkətlərin açıqladıqları “biznes-planlar” bu ümidləri puç edir.
Belə ki, ABŞ əczaçılıq şirkəti "Moderna" COVID-19 və mövsümi qripdən qoruyacaq yeni peyvənd hazırladığı açıqlayıb.
Daha əvvəl bu cür açıqlama “Pfizer” şirkəti tərəfindən də verilmişdi.
Peyvənd istehsalının genişləndirilməsi bəşəriyyətin koronavirusun ştamları ilə mübarizəsinin hələ davam edəcəyini gözləməyə əsas verirmi?
MÖVZU İLƏ BAĞLI:
Peyvənd istehsalçıları bizneslərini genişləndirir - TƏFƏRRÜATLAR
ATU-nun dosenti, formokoloq alim Aydın Əliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, bu cür açıqlamalar göstərir ki, dünyada artıq xəstəliklərə iqtisadi yanaşma ortaya qoyulur:
“Xəstəliklərdən, dərmanlardan, vaksinlərdən pul qazanmaq kimi bir potologiya baş qaldırıb. Mən buna şizofreniya kimi baxıram. Əgər belə böyük şirkətlər nələrsə istehsal edirlərsə, deməli sabaha yeni ştamlar, mutatsiyalar hazırlanır. Bu məsələ artıq siyasiləşib”.
Aydın Əliyev bildirib ki, bəşəriyyətin çıxış yolu keyfiyyətli qidalar vasitəsi ilə immuniteti gücləndirməklə xəstəliklərdən qorunmaqdır.
Xatirə Nəsirli, Bizim.Media