Əməkdar artist Sənubər İsgəndərli "Bakı gecələri" proqramında qonaq olarkən şəxsi həyatı və sənəti ilə bağlı sualları cavablandırıb.
Bizim.Media-nın məlumatına görə, aktrisa "Sənətdə, yoxsa həyatda xoşbəxt oldunuz" belə cavab verib:
“İlk məhəbbətim, eşqim həyat yoldaşım oldu. Ailə qurduq, övladımız oldu. Sevgi gözəl şeydir. Onu həqiqətən dadan xoşbəxt insandır. Sevgini daddın, nə gözəl.
Sonuc hara getdi, önəmli deyil. Əvvəla xoşbəxtəm ona görə ki... Allah mənə övlad, nəvələr, gözəl sənət bəxş edib. Buna görə Allaha şükür edir, özümü xoşbəxt sayıram. Xoşbəxtlik nisbidir”.
Az filmə çəkilməsindən gileylənən S.İsgəndərli fikrini, "İllər getdi. Çox heyif ki, kinoda az oynadım. Buna heyifslənirəm.
Teatra gəlir tamaşaçı baxır gedir və bitir. Amma "Kişi sözü", "Şahid qızı", "Təsadüfü görüş" bu gün də göstərilir. Xatirələrdə qalır. Teatr uzunömürlü olmur", sözləri ilə tamamlayıb.
Bizim.Media