Tatarstan Respublikasının mədəniyyət naziri, Bakıda doğulan İradə Ayupova Caliber.az-a müsahibə verib.
Bizim.Media xəbər verir ki, o, müsahibəsində Bakı ilə bağlı xatirələrini bölüşüb:
“Yaxın gələcəkdə Azərbaycana səfər etmək istəyirəm, çünki Bakı üçün darıxıram. Üç il əvvəl Bakıda olmuşam. Orada dostlarım, sinif yoldaşlarım və qohumlarım var. Azərbaycanda böyük uğurlar qazanıblar”.
İradə Ayupova siyasətdə qazandığı uğurlardan da danışıb. Bildirib ki, qazandığı uğurlarda Bakıdakı baxça və məktəb müəllimlərinin də xüsusi payı var.
Xanım nazir Bakıda 141 və 275 nömrəli məktəblərdə oxuduğunu, Azərbaycan Dövlət Neft Akademiyasını bitirdiyini xatırladıb.
Bizim.Media