“TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərinin planına əsasən Azərbaycanın və Türkiyənin döyüş təyyarələri əməliyyat uçuşları yerinə yetiriblər.
Bizim.Media Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimlərdə hər iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə birgə əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyətin və fərqli xüsusiyyətlərə malik döyüş təyyarələri arasında rabitə əlaqəsinin uzlaşdırılması imkanları öyrənilir.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan və Türkiyə qırıcıları şərti düşmənin hədəflərinə ZƏRBƏLƏR ENDİRDİ - VİDEO
Eyni zamanda, havadan zərbələr endirməklə şərti düşmənin hava hücumundan müdafiə vasitələri və hərbi təyinatlı strateji obyektlərinin məhv edilməsi, o cümlədən yaxın hava döyüşü və digər tapşırıqlar müvəffəqiyyətlə icra olunur.
Təlimlər sentyabrın 17-dək davam edəcək.
Bizim.Media