Dövlət Şəhərsalma və Arxitertura Komitəsi İsmayıllı şəhərinin, Lənkəran rayonundakı Liman şəhərinin və Xaçmaz rayonundakı Xudat şəhərinin baş planlarının hazırlanması ilə bağlı elan etdiyi 3 açıq tenderə yekun vurub.
Bizim.Media vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq "EL & EN" Firması, "İntegris" MMC və Fövqalədə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Baş Layihə İnstitutudur ("Azərdövlətlayihə").
MÖVZU İLƏ BAĞLI:
Şuşanın baş planının detalları – FOTO-VİDEO
Qaliblərə müvafiq olaraq 178 min manat, 154 min manat və 168 min manat, ümumilikdə isə 500 min manat ödəniləcək.
Bizim.Media