Bakı Şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Rasim Quliyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə Rasim Quliyev prokuror Eldar Həmzəyevin suallarını cavablandırıb.
O bildirib ki, tikinti və söküntü işləri ilə bağlı sərəncam Bakı şəhər icra Hakimiyyətinin Baş memarlıq və şəhərsalma idarəsi tərəfindən hazırlanıb:
“Tikinti və söküntü işlərinin aparılması üçün hansı dövlət qurumlarından icazə alınmasından xəbərsiz idim. Mənə sənədlər hazır şəkildə gəlirdi. Mən də etibar edib, imzalayırdım. Çünki həmin sənədləri hazırlayanlar peşakar mütəxəssislər idilər”.
Rasim Quliyevin sözlərinə görə, 2017-ci ildə ona müavin səlahiyyətlərini icra etmək üçün həvalə olan sənəddə qeyd edilib ki, Bakı şəhər icra hakimiyyəti başçısı sərəncamı nəzarəti özündə saxlayıb:
“Mən 7 ay ərzində həmin vəzifəni müvəqqəti icra etmişəm. Bu 7 ay ərzində mənim haqqımda Hacıbala Abutalıbov Prezident Adminstrasiyasına təqdimat verə bilərdi. Bunu rəsmiləşdirmək olardı.
Sual olunur ki, bu niyə olunmayıb. Burada iki səbəb ola bilər. Dediyim odur ki, bu işi bacarmırdımsa, niyə müavin təyin olunmuşam. Yox, əgər bacarırdımsa, niyə haqqımda təqdimat verilməyib”.
Rasim Quliyev qeyd edib ki, 9 noyabr 2015-ci ildə Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Mədəniyyət Nazirliyinin Mədəni İrsin qorunması inkişafı və bərpası üzrə Dövlət xidmətinin rəisi Zakir Sultanova məktub göndərib:
“Məktubda göstərilib ki, Dilarə Əliyeva küçəsindəki 145 saylı bina sökülüb. Bu səbəbdən 141 saylı ünvanda da yerləşən tarixi binanın bir hissəsi uçub.
145 saylı bina sökülən zamanı 141 saylı binanın materialları da köhnə materiallar olduğu üçün orada da uçqun olub”.
Rasim Quliyev qeyd edib ki, sözügedən 141 və 145 saylı binaların tarixi mədəniyyət abidələri olduğunu göstərən fərqləndirici nişan olmayıb.
Onun sözlərinə görə, həmin ərazidə işlərin aparılması üçün Hacıbala Abutalıbov bir neçə dəfə sərəncam verib, daha sonra isə həmin sərəncamları ləğv edib. Qeyd edək ki, növbəti proses sentyabrın 13-də davam edəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:49 / 09.09.2021
Sabiq aparat rəhbərindən yeni faktlar: “Mən sadəcə hazır sənədləri imzalayırdım”
Hazırda oxunan: Sabiq aparat rəhbərindən yeni faktlar: “Mən sadəcə hazır sənədləri imzalayırdım”
Hazırda oxunan: Sabiq aparat rəhbərindən yeni faktlar: “Mən sadəcə hazır sənədləri imzalayırdım”
36285
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.