Elman Nəsirovdan SƏRT AÇIQLAMA – “Laçın dəhlizi vasitəsi ilə...”

Hazırda oxunan: Elman Nəsirovdan SƏRT AÇIQLAMA – “Laçın dəhlizi vasitəsi ilə...”

36283

“Azərbaycan Türkiyə dövlətləri arasında olan münasibətlər strateji müttəfiqliklik səviyyəsindədir. Tarixi Şuşa Bəyannaməsinin imzalanması ilə münasibətlərimiz özünün ən yüksək səviyyəsinə çatıb.

İki dövlər qarşılıqlı şəkildə öz üzərlərinə öhdəliklər götürüblər. Bununla da bir-birinə istənilən yardımı, eyni zamanda hərbi dəstəyi həyata keçirmək hüququna malikdirlər”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında millət vəkili Elman Nəsirov bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

"Ermənilər niyə Qarabağda qalmalıdır?" - Elman Nəsirovdan David Babayana CAVAB


O, həmçinin qeyd edib ki, iki dövlət arasında birgə hərbi təlimlərin həyata keçirilməsi məntiqidir. 

“Bu ilin yay fəslində də Türkiyə və Azərbaycan arasında bir neçə əhəmiyyətli birgə  hərbi təlimlər həyata keçirilib. Sentyabrın 17-nə qədər Konya şəhərində Azərbaycan və Türkiyə hava qüvvələrinin hərbi təlimləri keçirilir.

Eyni zamanda bundan bir qədər öncə iyul ayının əvvəllərində hətta Azərbaycan, Türkiyə, Pakistan və Qətər dövlətlərinin birgə hərbi təlimləri olub. Bizim bu dövlətlərlə də hərbi əməkdaşlığımız var”.

Millət vəkili söhbət əsnasında hazırda Laçında keçirilən birgə hərbi təlimlərdən də danışıb. Deputat qeyd edib ki, əgər ermənilərin öz təxribatlarına son qoymasalar...

“Laçın dəhlizi vasitəsilə qeyri-qanuni olaraq hərbi yüklərin daşınması və həmin ərazilərə erməni əsgərlərinin yerləşdirilməsi prosesini dayandırmasalar, hadisələr ermənilər üçün ən arzuolaunmaz istiqamətdə inkişaf edə bilər.

Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi dəmir yumruq hər zaman yerindədir”. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin