Almaniya kansleri Angela Merkel ilk dəfə özünü feminist adlandırıb və artıq bundan çəkinmədiyini söyləyib.
Bizim.Media xəbər verir ki, bu barədə “Berliner Zeitung” nəşri yazıb.
Bildirilib ki, 2017-ci ildə qadınlar sammitində kansler bu suala qəti cavab verə bilməyib. Merkel deyib ki, o vaxt bunu açıq şəkildə söyləməkdən utanıb.
Ancaq kansler indi feminist olduğunu deyərək, ictimai həyatda qadın və kişi bərabərliyi mövzusunda hər kəsi bu nümunəni izləməyə təşviq edib:
“Bu gün daha yaxşı düşündüm. Bu mənada deyə bilərəm ki, bəli, hamımız feminist olmalıyıq”.
Bizim.Media