Gürcüstanda “Bank of Georgia”nın Kvareli şəhərindəki filialına hücum edərək, 12-15 nəfəri girov götürmüş şəxs saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, insident zamanı insan tələfatı qeydə alınmayıb. Hazırda cinayətkarın şəxsiyyəti müəyyən edilir və hadisənin təfərrüatı araşdırılır.
Qeyd edək ki, bu gün günorta saatlarında silahlı şəxsin 15 nəfəri girov götürüb və onları azad etmək qarşılığında yarım milyon lari məbləğində pul tələb etdiyi bildirilmişdi.
Bizim.Media