Qubada gənc ana dünyaya üçəm gətirdi – FOTOLAR

Hazırda oxunan: Qubada gənc ana dünyaya üçəm gətirdi – FOTOLAR

36257

Qubada üçəmlər dünyaya gəlib.

Bizim.Media xəbər verir ki, körpələr Quba Regional Perinatal Mərkəzində doğulub. Vaxtından əvvəl doğum təhlükəsi ilə xəstəxanaya çatdırılan 19 yaşlı Şabran şəhər sakini Qızılgül Zabitlinin 1 oğlan və iki qız övladı olmaqla üçəmləri dünyaya gəlib. 

Oğlan 1400 qram, qızların isə hərəsi 2 kiloqramdır.  

Quba Pevional Perinatal Mərkəzinin baş həkimi Şəhla Həsənova Bizim.Media-ya açıqlamasında  bildirilib ki, körpələr doğulan kimi əvvəlcə tənəffüs dəstəyinə qoşulublar, daha sonra onlar normal nəfəs almağa başlayıblar. Hazırda körpələrin vəziyyətləri stabildir.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin