Moldova prezidenti hökuməti istefaya çağırdı

Hazırda oxunan: Moldova prezidenti hökuməti istefaya çağırdı

3624

Moldovanın yeni seçilmiş prezidenti Maya Sandu baş nazir İon Kikunun rəhbərlik etdiyi hökuməti istefaya çağırıb.

Bizim.Media-nın “Moldova 1” telekanalında istinadla verdiyi məlumata görə, Sandu İon Kik hökumətinin koronavirus pandemiyası və onu müşayiət edən iqtisadi böhranın öhdəsindən gələ bilmdiyini söyləyib:

“Hökumət ölkə daxilində  vəzifələri ilə məşğul olmalıdır. Əgər bacarmırsa, istefaya getsin”, - deyə prezident əlavə edib.

Sandu bildirib ki, ölkə vətəndaşları ofisin fəaliyyətini mənfi qiymətləndirir və hesab edir ki, ökumət xəstəxanalarda əlavə yerlər hazırlamayıb və pandemiya ilə mübarizədı lazımi tibbi avadanlıqlar almayıb.

Prezident  böhrandan çıxış yolunu tibbin maliyyələşdirilməsində görüdüyünü və bu istiqamətdə artıq müvafiq addımlar atdığını açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin