Bu gün Vətən Müharibəsinin şəhidi Aşurəli Səfərəli oğlu Zərbəliyevin doğum günüdür.
Şəhidin ilk onsuz keçən doğum gününü, doğmaları və yaxınları doğulduğu Qusarın Quxuroba kənd qəbristanlığındakı məzarını ziyarət etməklə qeyd ediblər.
Yaxınları onun məzarı başında Vətən müharibəsində göstərdiyi igidliyindən söz açıblar. Xatırladaq ki, Aşurəli Zərbəliyev 2020-ci il oktyabrın 11-də Fizuli istiqamətində gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Şəhadətindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" və "Fizulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah rəhmət etsin!
Aytəkin Alxaslı, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:26 / 09.09.2021
Bu gün şəhid Aşurəli Zərbəliyevin doğum günüdür - FOTO
Hazırda oxunan: Bu gün şəhid Aşurəli Zərbəliyevin doğum günüdür - FOTO
Hazırda oxunan: Bu gün şəhid Aşurəli Zərbəliyevin doğum günüdür - FOTO
36235
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.