DYP-dən piyadalara XƏBƏRDARLIQ

Hazırda oxunan: DYP-dən piyadalara XƏBƏRDARLIQ

36210

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara xəbərdarlıq edib.

BDYPİ-dən Bizim.Media-ya daxil olan xəbərdarlıqda deyilir:

"Aparılan təhlillər göstərir ki, cari ilin 8 ayı ərzində respublika ərazisində baş verən yol-nəqliyyat hadisələrinin 41%-ni piyadaların vurulması təşkil edib, nəticədə 190 nəfər həlak olub, 267 nəfər isə xəsarət alıb.

Bakı şəhəri üzrə qeydə alınan qəzaların isə daha çoxunu, yəni 56,4%-ni piyada vurma hadisələri təşkil edib ki, bu da 80 nəfərin həyatına son qoyub, 107 nəfərin yaralanmasına səbəb olub.
 

MÖVZU İLƏ BAĞLI:

DYP-dən sürücülərə MÜRACİƏT


Göstərilən rəqəmləri formalaşdıran qəzaların təhlili məsələyə fərqli baxmağı zəruri edir. Məsələ ondadır ki, ümumilikdə piyada vurma hadisələrinin 90%-dən çoxu məhz piyada keçidlərindən kənarda baş verib.

Yol hərəkəti iştirakçılarının böyük bir hissəsini təşkil edən piyadaların yolu nəzərdə tutulmayan yerlərdən keçməsi hələ də özlərinin və başqalarının həyat və sağlamlığına qarşı biganəliyin hökm sürdüyündən xəbər verir.

Göründüyü kimi, piyada keçidlərində onların vurulması az hallarda qeydə alınmışdır.

Lakin, öz təhlükəsizliyinin etibarlı təmin olunması üçün istər nizamlanan, istərsə də nizamlanmayan piyada keçidlərindən istifadə edən piyadalar belə, yoldakı sürət həddini, hərəkətin intensivliyini, hava və görmə şəraitini, sürücülərin nəqliyyat vasitəsini dayandıra biləcəyini nəzərə almalı, bir sözlə, tam diqqətli olmalıdırlar.

"Qarşıdan payız-qış mövsümünün gəlməsini nəzərə alaraq, bir daha piyadalara səslənirik: küçə və yolları piyadalar üçün nəzərdə tutulan yerlərdən keçin, məhdudiyyətli görünmə, yəni duman, yağış, qar şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olun, qulaqlıqdan istifadə ətrafdakı avtomobillərin səsini eşitməyə imkan vermədiyi üçün yolu keçərkən ondan istifadə etməyin, ictimai nəqliyyatı gözləyərkən və ona minib-düşərkən, həmçinin qəflətən avtomobil yoluna çıxmayın, yaxınlaşmaqda olan avtomobillərin sürətini düzgün qiymətləndirin, onların tam dayandığına, sürücülərin sizə yol verdiklərinə əmin olduqdan sonra hərəkətə başlayın", - İdarədən bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin