Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin inşası davam edir.
Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edəcək. Layihənin 16-cı kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1900 metrdən Murovdağ zirvəsinədək 3260 metrə qədər artır.
MÖVZU İLƏ BAĞLI:
Qarabağda və Şərqi Zəngəzurda inşa edilən yolların ümumi həcmi açıqlandı - FOTO
Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 11.6 kilometrlik tunelin tikintisi məqsədəuyğun hesab edilib.
Bizim.Media tunelin inşaat prosesindən olan yeni görüntüləri təqdim edir:
Bizim.Media