Ağır yaralanan daha 5 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.
Bizim.Media xəbər verir ki, Fond tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.
MÖVZU İLƏ BAĞLI:
Daha bir qrup qazi yüksək texnologiyalı protezlə təmin olundu - FOTO
Türkiyəyə göndərilən qazilərimiz aşağıdakılardır:
1. İdrisov Ərşad Rafiq oğlu
2. Misirzadə Rahib Mübariz oğlu
3. Əmənli Nurlan Şirzad oğlu
4. Səmədov Ceyhun Eldar oğlu
5. Əzizli Səddam Nazim oğlu
“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.
Bizim.Media