ABŞ-da “İda” qasırğası nəticəsində həlak olanların sayı 82-yə çatıb.
Bizim.Media xəbər verir ki, son günlər ərzində 11 nəfərin cəsədi aşkar olunub.
Daha əvvəl 71 nəfərin meyiti tapılmışdı.
Qeyd edək ki, “İda” qasırğası avqustun 28-i Luiziana ştatını vurub və şimal-şərq istiqamətində hərəkət edərkən bir qədər zəifləyib.
Gücü zəifləyən qasırğa şimal-şərq regionunda leysan və daşqınlara səbəb olub. Həmçinin təbii fəlakət nəticəsində çox sayda insan işıq, qaz və susuz qalıb.
Bizim.Media