Misir ilə Türkiyə arasında münasibətlərin normallaşmasına dair danışıqların ikinci raundu keçirilib.
Bizim.Media xəbər verir ki, Misir Xarici İşlər Nazirliyi Ankarada keçirilmiş məsləhətləşmələrlə bağlı məlumat yayıb.
Misir və Türkiyə XİN-lərinin birgə məlumatında bildirilir ki, nazir müavinləri səviyyəsində keçirilmiş danışıqlarda ikitərəfli əlaqələrin yaxşılaşması ilə yanaşı, Liviya, Suriya, İraq, Fələstin və Şərqi Aralıq dənizində vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Qahirə və Ankara arasında danışıqlarda irəliləyiş olduğunu vurğulayan Misir və Türkiyə XİN-ləri bildiriblər ki, tərəflər münasibətlərin normallaşması istiqamətində məsləhətləşmələri davam etdirmək əzmi nümayiş etdiriblər.
Misir ilə Türkiyə arasında danışıqların birinci raundu bu ilin mayında Qahirədə keçirilmişdi.
Bizim.Media