Gürcüstanın xarici işlər naziri David Zalkaliani ölkəsinə rəsmi səfərə gələn erməni həmkarı Ararat Mirzoyanla görüşüb.
Bizim.Media “armeniasputnik.am” saytına istinadən xəbər verir ki, görüş zamanı A.Mirzoyan regional əlaqələrin bərpa olunmasının vacibliyinə toxunub.
Erməni nazirin sözlərinə görə, bu, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradacaq.
Xatırladaq ki, bu gün Tbilisidə Gürcüstan Prezidenti Salome Zurabişvili ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilmişdi.
Bizim.Media