Ortamüddətli dövr (2022-2025-ci illər) üzrə xərclərin proqnozlaşdırılması zamanı əsas götürülən amillər açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal büdcəsinin proqnozunda əksini tapıb.
Sənəddə qeyd edilib ki, dövlət büdcəsinin əsas xərc istiqamətləri ortamüddətli resurs zərfinə uyğun olaraq milli xərc prioritetləri əsasında müəyyənləşdirilib.
Ortamüddətli dövr üzrə xərclərin proqnozlaşdırılması zamanı aşağıdakı amillər əsas götürülüb:
1. Əmək haqlarının əmək məhsuldarlığı ilə uzlaşdırılmaqla artırılması;
2. Əhalinin sosial müdafiəsinin təmin edilməsi sahəsində tədbirlərinin davam etdirilməsi;
3. İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma, bərpa işlərinin davam etdirilməsi
Bizim.Media