Rusiyanın Krasnoqorsk şəhərinin sakini ölümdən dönüb.
Bizim.Media Rusiya mediasına istinadən xəbər verir ki, lift qadının mənzilinin olduğu 31-ci mərtəbədə dayanmayıb.
Yüksək sürətlə 43-cü mərtəbəyə qalxdıqdan sonra 1,5 metr aşağı düşüb.Şok vəziyyətində olan qadın dəqiq nələr olduğunu anlamadığını deyib.
O, liftə girərkən yanıq iyi hiss etdiyini, sonra baş verənlərə görə huşunu itirdiyini və yerə uzanmış halda oyandığını deyib.
Yaralı olan qadın xəstəxanaya yerləşdirilib.Prokurorluq yoxlamalara başlayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Bizim.Media