Görüntüləri yayılan Binəqədi YAP sədrinə PARTİYADAN REAKSİYA - ÖZƏL

Hazırda oxunan: Görüntüləri yayılan Binəqədi YAP sədrinə PARTİYADAN REAKSİYA - ÖZƏL

36113

Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov barədə qərar verilib. 

Bununla bağlı Elməddin Quliyev - Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bizim.Media-ya açıqlama verib:

 

 “Sosial şəbəkələrdə yayılmış Ramiz Göyüşovun heç bir əxlaqi normalara sığmayan videogörüntüləri ilə bağlı böyük təəssüf hissi keçirir və hiddətlə qınayaraq bildiririk ki, onun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə cari ilin 30 iyun tarixində keçirilmış hesabat konfransında artıq xitam verilmişdir.

 

YAP Binəqədi rayon təşkilatının yeni sədrinin təyinatı ilə yanaşı R.Göyüşovun ümumiyyətlə partiya sıralarından xaric edilməsi məsələsinə isə YAP İdarə Heyətinin 10 sentyabr tarixində keçiriləcək iclasında baxılacaqdır. 

 

MÖVZU İLƏ BAĞLI:

Ağstafanın sabiq icra başçısı YAP üzvlüyündən xaric edildi

 

Qeyd edək ki, sosial şəbəkələrdə Ramiz Göyüşova aid biabırçı videogörüntüsü yayılmışdı. Videokadrlarda YAP rəsmisinin hansısa xanımla intim münasibətindən bəhs olunur. Azərbaycanın hakim partiyasında təmsil olunan Ramiz Göyüşovun rüsvayçı videosu sosial şəbəkə istifadəçiləri arasında rezonansla qarşılanmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin