Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ermənistanlı həmkarı Nikol Paşinyanla birgə brifinq keçirib.
Bizim.Media xəbər verir ki, o, Qarabağ müharibəsinin bölgə üçün çətin çağırış olduğunu bildirib:
“Gürcüstan bölgədə sülh, sabitlik və əmin-amanlığın tərəfdarıdır. Ümid edirəm ki, müharibənin başa çatması ilə yeni imkanlara yol açılacaq. Gürcüstan regionda yeni əməkdaşlıq imkanlarını nəzərdən keçirməyə hazırdır”.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan Gürcüstanda səfərdədir
İ.Qaribaşvili Gürcüstanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunan humanitar razılaşmaya da toxunub: “Bu, presedenti olmayan hadisə oldu. Gürcüstan bundan sonra da Azərbaycan və Ermənistan arasında vasitəçi rolunu oynamaqda davam etməyə hazırdır”.
Bizim.Media