Yeni nazir millimizin Portuqaliyaya məğlubiyyətindən danışdı

Hazırda oxunan: Yeni nazir millimizin Portuqaliyaya məğlubiyyətindən danışdı

36020

Yeni gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində Portuqaliyaya Bakı Olimpiya Stadionunda 0:3 hesabı ilə uduzduğu oyun barədə fikrini bölüşüb.

Bizim.Media xəbər verir ki, uşaqlıqdan futbol azarkeşi olduğunu bildirən nazir “Report”a açıqlamasında dünənki oyunu stadiondan izlədiyini bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Yeni gənclər və idman naziri kollektivə təqdim olunub - FOTO


“Mən futbolu uşaqlıqdan sevirəm. Çalışıram ki, mühüm oyunlara stadiondan baxım. Dünən də milli komandamızın oyununu stadiondan izlədim. Dünənki oyunda çox təəssüf ki, komandamız məğlub oldu.

Mən də digər vətəndaşlarımız kimi komandamızın uduzduğuna təəssüflənirəm. İstərdik ki, futbolçularımız daha yaxşı oynasınlar”, - nazir vurğulayıb.

O həmçinin bildirib ki, Azərbaycan futbolu ilə bağlı bir sıra işlər görülüb: “Hesab edirəm ki, bu idman növünün daha da inkişaf etdirilməsi ilə bağlı Futbol Federasiyası ilə işlərimiz olacaq. Onlarla bu sahə ilə bağlı işlər aparmalıyıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin