“Avtostop” verilişinin aparıcısı Tural Yusifov yeni mövsümdə dinləyicilərinin görüşünə yeniliklə gəlir.
Bizim.Media xəbər verir ki, o, bir ilkə imza ataraq “Avtostop”u sükan arxasında aparacaq. Onun avtomobili 3 saatlıq canlı efir zamanı Bakı küçələrində şütüyəcək.
Aparıcının sözlərinə görə, bu onun üçün yeni çağırışdır.
Sürücüləri daha yaxşı başa düşmək, onların pik saatlarında üzləşdiyi problemləri öz gözü ilə görmək üçün T. Yusifov yola çıxmaq qərarı verib.
O, bundan sonra verilişi həftədə 1 dəfə rahat efir otağından yox, öz avtomobilində quraşdırdığı studiyadan aparacaq.
Xatırladaq ki, "Avtostop" yol hərəkəti təhlükəsizliyinə həsr olunmuş, hər iş günü axşam saat 17:00-dan 20:00-dək İctimai Radioda yayımlanan ən populyar radio-verilişlərdən biridir. Bu həftə “Avtostop” efirdəki 12-ci mövsümünə start verib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:28 / 08.09.2021
İctimai radionun “Avtostop” verilişi hərəkətə başladı - FOTO
Hazırda oxunan: İctimai radionun “Avtostop” verilişi hərəkətə başladı - FOTO
Hazırda oxunan: İctimai radionun “Avtostop” verilişi hərəkətə başladı - FOTO
36017
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.