Aclıq fəlakəti ilə bağlı BMT-dən XƏBƏRDARLIQ

Hazırda oxunan: Aclıq fəlakəti ilə bağlı BMT-dən XƏBƏRDARLIQ

35957

BMT-nin Dünya Ərzaq Proqramı (WFP) qarşıdakı 6 ayda Efiopiyada, xüsusən Tiqray regionunda 5,2 milyon insanın aclıq fəlakəti ilə qarşı-qarşıya qalması ilə bağlı xəbərdarlıq bəyanatı yayıb.

Bizim.Media xəbər verir ki, təşkilat beynəlxalq ictimaiyyətə müraciətində fəlakətin qarşısını almaq məqsədilə 426 milyon dollar məbləğində vəsaitə ehtiyac olduğunu bildirib.

Efiopiyada ərzaq qıtlığı ötən ilin noyabrında ölkənin şimalında yerləşən Tiqray regionunda başlayan silahlı münaqişə və bunun nəticəsində yüz minlərlə insanın evlərindən didərgin salınmasından sonra başlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

2021-ci ildə qorxuducu dərəcədə qıtlıq yaşanacaq? - AÇIQLAMA


​​​​​​​Belə ki, on minlərlə fermer öz torpaqlarını ataraq qonşu Sudana qaçıb, həmçinin quraqlıq nəticəsində ölkənin daha iki rayonunda – Afar və Amharada aclıq başlayıb.

WFP-nin məlumatına görə, hazırda Efiopiyanın bütün ərazisində 13,6 milyon insan ərzaq qıtlığından əziyyət çəkir. Son aylar bu ölkədə COVID-19 pandemiyası ilə bağlı vəziyyət də pisləşib

Proqramın Şərqi Afrika üzrə regional direktoru Maykl Danford jurnalistlərə müsahibəsində qeyd edib ki, artıq WFP-nin Efiopiyada humanitar fəlakətin qarşısını almaq üçün yetərli maliyyə vəsaiti qalmayıb.

O əlavə edib ki, humanitar fəlakət zonasında 4 milyon insana göstərilən ərzaq yardımı dayandırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin