İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən oktyabrın 5-də hərrac təşkil ediləcək.
Bizim.Media xəbər verir ki, hərraca 20 dövlət əmlakı çıxarılacaq. Bunlardan 18-i kiçik dövlət müəssisəsi, 2-si yarımçıq tikilidir.
Kiçik dövlət müəssisə və obyektlərinə investorlar üçün maraqlı ola biləcək mağaza, yardımçı təsərrüfat, emalatxana binası, maye qaz satışı sahəsi kimi dövlət əmlakı aiddir.
MÖVZU İLƏ BAĞLI:
ŞOK qiymətlər: Bakıda növbəti hərracda nələr olacaq? – SİYAHI
Əksər müəssisələr torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılacaq. Yarımçıq tikililər Xaçmaz və Şamaxı rayonlarında yerləşir.
Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə Xidmətin rəsmi saytından tanış olmaq olar.
Bizim.Media